REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

Sol Medya

Doğu Türkistan’da Yolculuq (1)

Qızıl Çin’nin “Sarı” Caynağında esir Türkler

Doğu Türkistan’da Yolculuq (1)
37
06 Kasım 2020 - 14:57

HİLAL

Qızıl Çin’nin “Sarı” Caynağında esir Türkler

Saat 8:30-da Moğolistan’ın Bulqan-Qol şeherciğinden oturposla (avtobusla) yollanıb 30 kilométr uzaqlıqda yérleşen Çin torpaqları sayılan Doğu Türkistan’ın Taşqın (Takeshiken) sınır şeherciğine gédirem. Oturposda héç boş yér yoxdur, menden başqa démek olar hamı alışvérişe gédir. İçlerinde Moğolistan yurddaşı Qazaqlar da vardır, kimisi buradan apardığı şekerçöreğini (biskvéti) orada, kimisi de oradan mal getirib Moğolistan’da satacaq. Moğol sınırqapısından bir supérmarkét kasasından géçercesi gibi sorğusuz sorunsuz géçirem. Çin’e (Sincan’a) giriş bir zindanın çıxışına daha çox benzeyir. İlk, gezirge (pasaport) yoxlaması ardınca iks-réy ayqıtından géçirme sonra çantamdakı her ne araq-varaq édilirken téléfonumu da bilgisayara qoşub nese édenden sonra giriş kodunu vérmemi isteyib içinde neyi varsa baxırlar. Bir az gédenden sonra üçüncü yoxlamada bir daha iks-réyden géçirib barmaq izlerimi de alırlar. Oradakı qaravullar (sınır polisleri) héç bir yabancı dili bilmeyen çinlilerden oluşurlar, ancaq içlerinde bir néçe yérli (Qazaq, Uyğur) olanlar da yolculara yolu görsedmekle görevlidirler. Dördüncü yoxlamada gezirgelere giriş damğası basılıb, ağ kağız üzerinde böyük sayılarla yazılmış nömreler yolculara vérilir, çox sürmeden oturpos gelib, görevliler yolcuları sayaraq vérilen nömreleri alıb oturposa mindirirler. Bir az gédenden sonra géne yoxlama vardır, orada çox zor anlaşılan bir ingilisce ile menden ne üçün Çin’e geldiğimi, hara gédeceğimi soruşub, çince yazılı bir kağız mene vérirler. Taşqın’a varınca, bir sıra yolcular orada müşteri gözleyen maşınlara minirler, men ise ne édeceğimi kesdirmiş déğilem. Menimle gelen üç Moğolistan-Qazağı Urumçu’ya gédmek üçün bir minik maşının sürücüsü ile anlaşıb, mene de onlar ile gétmeği önerirler, men ise yöreni gezmek istediğimi bildirib onlardan ayrılaraq qalan yolcuların izinden Taşqın’ın içine doğru yürüyürem. Burası, Qazaqların yaşadığı Şiñgil (Uyğurlar Çiñgil déyir) şeherine bağlı olan Şiñgil ilçesidir. Şeher ortalığında (merkezinde) yolboyu yan-yana sıralanan yémekévlerinin ereb abécéli Türkce ile de yazılmış adlarını görünce qıvançlanıb özgüvenim artır. Saat Xanbalıq (Pékin) vaxtı ile 14:00-e doğru gelir, en görünüşlü yére gédib, yémek yémek isteyince çaşıb qalıram. Buranı çalışdıranlar çinlilerdir! İkinci, üçüncü yére gédib öz élimizden birisini görmeyince erken sévincim qursağımda qalır. Sonunda bir yérli yéri tapıb, tendirden teze çıxmış çörekler ile dadlı bir bozbaşı bedene döşeyirem. Oturduğum yérin qarşısında, yolun otayında yük maşınları girb-çıxan böyük bir qapı görünür, qapı dénetlemesiden sonra içeri girib oranın çinlilerin toptancı bazarı olduğunu öğrenirem. Bir az oyan-buyanı gezenden sonra qarşıda duran bir dolmuşla 100 kilométrelik uzaqlıqda olan Şiñgil şeherine gédirem.

Şiñgil’in girişi bağlar, ekin yérleri, axar sular ile Altaylar’ın eteğindeki tepeler ile sarılıdır. Sürücü meni şeherin ortalığnda bir yérde düşürdür. Yéniden salınmış şeher, géniş temiz yolları ile, dincliği ile, yüngül esintili dağ havası ile ruh oxşayır. Şeherde bir az dolaşıb, insanlarını da gözden géçirirem. Bu denli (qeder) çinlinin bu kiçik şeherde ne işi var? Niye her küçebaşı bir qaraqol var? Yérli olduqlarını sandığım insanlar ile danışmağa çalışıram, nedense çekimser baxışları ile héç yanaşmadan uzaqlaşırlar. Béle bir davranışı Xanbalıq’da olanda da Uyğurlarda sézmişdim, éski Çin impratoluğunun yaylıq köşkünde gezerken bir-iki sayıb şekil çeken iki kişiyi görünce onlara yaxınlaşıb Türkce xoş-beş édenden sonra Uyğur Türkü olduqlarını öğrendim, 20-21 yaşlı görünen danışmağa yanaşsa da yanında olan ortayaşlı adam ilk başdan dağınıq baxışları ile sarsılmışlığını gizlede bilmeyib, tez menden uzaqlaşmalarını saqladığını anımsayıram.

Burada géceleyib, értesi gün Altay şeherine gétmeği düşünürem. Bir qonaqévi görüb orada qalmaq istediğimi bildirince, olmaz dédiklerini éşidirem. Burada yabacılar istediği yérde qalamazlar, yasaqdır. Devletin bellirlediği yérlerde qalmaq olar, ancaq. Éle bir yér de déyesen burada yoxdur. Términala gétmeliyem, yalnız, bu çinlilerden de yol soruşmaq boşuna bir çabadır, bunu Xanbalıq’da olanda da bir néçe yol dénemişem. Déyesen, bunlar ayrı bir dünyada yaşayırlar, başqa xalqlar héç olmasa him-, el-qol dili ile bir şéyler başa düşüb élesine de başa salarlar, çinliler ise bütün istekli çabalarına qarşın bu qonuda çox axmaqdırlar. Bu olqu, Çin’den Moğolistan’a géçenden sonra da özünü qanıtlamışdır. Moğollarla dil bilmezin, bir çox yérde olduğu gibi, bir teher anlaşmaq olurdu.

Sonunda bir yaşlı açum (emca) bulub, ondan términala géden yolu soruşuram. Açum héç çekinmeden çox ilgi ile menimle danışıb, hardan gelib hara gétdiğimi öğrenmekle yolu da mene anladır. Saat Xanbalıq vaxtı ile 18:00-i géçir, ancaq buranın öz yérli vaxtı ile 16:00-yı aşır. Geze-geze términala sarı gédirem, yanlış yolda olmadığımı doğrulamq üçün yolda duran yaxşı bir maşının içinde oturan gözel géyinimli bir kişiden yolu bir daha soruşuram, o bir az duruqsunaraq eli ile yolun doğru olduğunu görsedir. İki deqiqe çekmeden birisinin arxadan seslenib bağırmasını duyuram. Arxaya baxınca, yolun üstünde olan qaraqoldan bir gezme (polis) arxamca qoşaraq meni çağırır. Meni qaraqola götürüb, anlamadığım çince ile sorular sorunca Türkce danışıb orada olan “bizimkiler” de dilmac olurlar. Her neyimi axdarıb sorğuladıqdan sonra téléfonla danışıqlar aparıb şeklimi çekirler. Gözleyirem, bu sırada orada olan gezmeler de gezirgemi eldenele gezdirib nedense durmadan hırıldayırlar. Yéni bir qurup gelir, onlar da meni sorğuya çekirler. Bilmemezlikden gelerek Türkce danışmıram artıq. Çince danışıb téléfondakı yazılım (software, program) aracı ile ingilisceye çévirib, meni sorğulayırlar. Niye buraya gelmişem, burada haraya gétmişem, kiminle görüşmüşem, haradan şekil çekmişem, çince bilirem mi, … ? Ayn-oynumu (vesayilimi, eşyamı) bir daha axtarıb, téléfonumdakı şekilleri yoxlayırlar. Déyirem: menim buraya gelişim iki saat béle olmadı, burada menim bir işim yoxdur, buradan Altay’ya gédirem, men yolculuqdayam. Gezginin (turistin) ne olduğunu onlara anladmaqda baya zorluq çekirem, déyesen onların çince çéviri yazılımında bu söz yoxdur, yoxsa “térorist” anlayırlar? Sonunda “traveler” sözü ile anladınca hırıldamalar géne başlayır. Ne değin bunların davranışlarından usanmışsam da dözümsüzlüğe qapanmaq istemirem.

İki yéni adam gelir, spor ayaqqabısı géymelerine baxmayaraq eğinlerinde gezme (polis) paltarı var. Mene déyirler: bugün héç bir yére géde bilmezsen artıq, términal qapanmışdır; gerek onlar ile bir qonaqévine gédib, yarın erken Urumçu’ya gédem. O iki spor-ayaqqabılılar meni bir qalxanlı cipe mindirib yola düşürük. Qapıya qurulmuş ağır demir kilitlemeler (manéeler) açılır qışlaya benzer bir yére giririk, içeride görünümlü bir tikinti var. İks-réy géçişiden sonra, gezirgemi alan bir qadın kiminense téléfonla danışıb ardınca elyazması ile çoxlu kağızı doldururken herden de menden sınıq-qırıq bir ingilisce ile sorular soruşur. Bu arada başqa géyimli üç “qaravul” (jandarma?) gelir, menden sorulan soruları bir daha sorurlar, sonunda da menimle el sıxışıb déyirler: welcome to China; arxasından da hırıldamalar. Çoxlu qurcalanandan sonra işçi qadın mene bir néçe kağıza qol çekdirib, déyir: çantan bizim yanımızda qalmalıdır, gezmeler béle isteyirler. Onaylayıram (razılıq vérirem), ancaq bir géce “tutuqluluq” üçün iki yüz dolar menden isteyince, qatı bir biçimde qarşı qoyub, olmaz déyirem. Öz aralarında danışıb, téléfonla da görüşmeler apardıqdan sonra oradan çıxıb meni başqa bir qaraqola aparırlar. İçeride 10-12 kişi var, géne oyun yéniden başlayır, sıra ile birer birer menim gezirgeme baxıb hırıldayırlar. Gözel ingilisce danışan birisi gelib, sorular yéniden başlayır, qonaqévi üçün néçe vérmek istediğimi soruşur: 100 Yuan’dan (15 dolar gibi) artıq vérebilmerem, déyirem. Menimle birlikde şekil çekdirmek isteğini bildirince oradakılar da hevese düşüb sıra ile poz vérerek menimle birlikde şekil çekdirirler. Başqa bir qonaqévine götürürler.

Havalımanına girer gibi géne yoxlanıram, çinliler üçün gécesi 250-300 Yuan arası değişen bir yérdir. Meni 100 Yuan ile ora aldırırlar. İşimiz biti déyince görürem üç yéni gezme daha gelib, géne cib-téléfonu çévirisi ile o sorular, o yanıtlar, o hırıldamalar. Bunlar ise bir kağız üzerinde çince bir şéyler yazıb, menden ona qol çekmeğimi isteyirler. Men de altında “ne olduğunu bilmirem” yazıb qol çekirem. Géne el sıxışmalar, géne “welcome to China”, géne şekil çekmeler, géne hırıldamalar.
Saat 23:00-e gelir, otağa gédib el-üzümü yuyub, téz şehere çıxıb bir şéyler atışdırmaq isteyirem. Açıq bir yér tapmaq üçün baya gezib axtarıram, sonunda kiçik bir Qazaq “taamcayı” bulub içeri gédirem. Yémekleri qalmamış, yarına hazırlıq görürler. Ancaq, qadının birisi menim üçün bir zadlar düzelde bileceğini déyir, çastımdan (şansımdan) Moğolistan’da içdiğim sütlü çay da vardır. Qonaqévine döneceğem, yalnız géce irellemiş olduğundan şeherde bezemeli néon ışıqlarının çoxu söndürülüb, démek uzaqdan da görünen nişanım yox olubdur, yolların da hammısı bir-birine oxşadığından hangı yöne gédeceğimi bilmirem. Ne édim édmeyimi düşünürken ağlıma yaxşı bir fikir gelir! Gördüyüm ilk qaraqola gédirem, onsa da meni dörd-béş saat alıqoyublar, bir çoxu meni tanımalıdır! Éle de olur, qaraqolda meni maşına mindirib géceleyeceğim yére aparırlar, héç olmasa bi yararları da toxunsun.

Saat 7:00-de durub, duşlanıb aşağı yénirem. Çıxış qapısı açıq déğil, çalışan qadın yan otaqda yatıbdır, oradakı qoruma görevlisi onu oyandırıb meni yola salır. Términala gelirem, términal déme esger-qalası dé, qapalıdır. Urumçu’ya ilk oturpos 10:00-da qalxır. 20 yolcu ancaq var, bir-ikisini çıxmaqla qalanı çinlidir. İkinci qatda birinci sırada oturub, yolun görüntülerine baxıram. Yollarda direklere asılmış, Çin émpéryasının ulusal simgesi sayılan, balqabağa benzeyen sarı-qırmızı çırağ qabları doğal uyuşumu pozurlarsa da, Çin egemenliğinin yayılmacı basqısını açıqcasına göze soxmağı başarırlar. Otoyolacan bir 100-120 km yol var. Oturpos 50 km/sa-dan çox gétmir, bir néçe yérde de kimlik yoxlaması yapılır. Béle yavaş gétse géce géc saatda Urumçu’ya yétişerik, déye düşünürem. Ancaq, otoyolda çox qıvraq sürülür. Bu otoyol Urumçu’dan Qazaqstan’a géden o ünlü İpek Yolu’nun bir parçasıdır. Menim arxamda ortayaşı aşmış, yaxşı demlenmiş bir Qazaq kişi oturubdur. Başlanğıcda déyib gülerek danışabileceği her kimse ile danışır, sonra da téléfonla néce dünen géceden bugün évden çıxanacan kimler ile néçe şüşe boşaldıqlarını kimese uzun uzadı anladıb, ardınca da néce gerekirse xoruldamağa başlayır. Yolda yérleşim yérleri göze çox az çarpsa da at, deve sürüleri héç de az görülmür. Doğa dağı ile, daşı ile, suyu ile, çölü ile, sınırlanmaz gömgöy göğü ile insanı özgürlüğe, öz içinden çıxıb yér ile göğ arasında uçmağa çağırır. Yalnız, yorqunluq görüntüsü véren, ancaq değişmez sürekliliği ile neft quyularını boşaldan tulumbaların yorulmaz dimdikli qolları éle de éléktrik üreten yél fırlaqların (turbinlerin) telesik çalpaşıq fırıldamaları bu düzenin pozulmasını yér-yér saqlayaraq dünyanın sağışının (hésabının) değişdiğinin yanıltısızlığını carlayırlar. Qazaq yoldaşımız bir néçe saatdan sonra menimle de ilgilenib danışırken oradakı çinlilerin maraqları üzre onları da bilgilendirir. O özü, çoxdandır artıq, Urumçu’da yaşayırmış, anasını éle de qohumlarını görmek üçün Şeñgil’e gelmişimiş.

Urumçu’ya yaxınlaşırken Tanrı Dağları qoca Türk’ün maytalmanlığını böbürgenlikle sürdürürse de çaqqal sürülerinin Bozqurdların oylaqlarına, ovlaqlarına darışmaları da ne yazıq gözden qaçmır. Çinliler her yanı déşib qazmaqdadırlar, özel salınmış yollarda sayısız yükmaşınları qarışqa sayağı durmadan kömür daşıyırlar. Uzun sürmeden Urumçu’ya varırıq, hava dolubsa da yağış yoxdur, ancaq burası menim özlediğim Urumçu da déğil. Quruntuda toxuduqlarımın hammısı pambıq olur, burası hündür göğdelenleri ile menim Urumçu’mdan daha çox, öten yüzilin 90-cı illerinde gördüğüm Chicago’nu andırır. Términalda, adını untduğum Qazaq yoldaşım téléfon nömresini mene vérib, déyir: yarın zeng éle görüşek, men seni şeherde gezdirerem. Men ise nömreni alıb, ancaq he ya da yox démirem.

Qalacağım yér uzaq déğil, Qazaq yoldaşdan éle de çévrede olan özümüzünkilerden ora néce gédeceğimi soruşuram, kimsenin bir bildiği yoxdur. Bir tikintinin qabağında görevde olan uniformalı bir genc çinliden soruşuram, o da bilmir, ancaq sağolsun intérnét aracılığı ile uzun uğraşdan sonra tapıb, téléfon çévrisi ile 11 Yuan vérib ora gédebileceğimi mene bildirir. Özel bir arabanı durdurub, sürücü ile danışır, 20 Yuan isteyir, men olur déyib maşına minirem. Sürücü çoxlu gezib axdarandan sonra éle o yaxınlıqda olan qalınağın (pansiyonun) qapısında meni yéndirir, 20-den çox istemesi ise qarşılıqsız qalır. Yérleşenden sonra oradakı değişik ölkelerden olan başqa gezginler ile bilgi alış-vérişinde bulunub, tanışıram. Anladığıma göre, meni ilgilendiren çox şéy burada olmayacaqdır. Qaldığım yérden oturpos términalına yaya 8-10 deqiqe yoldur, burası Urumçu’nun ünlü görüntü, gezinti yéri olan Qızıldağ’ın eteğinde habéle Xalq Bağı’nın qulağı dibinde, şeherin ortasında bir méydandadır. İlk burada, her géçidin girişinde sıxı yoxlamalar ile tanış oluram. Értesi gün, eski Urumçu’dan bir yérler bulub özlemimi dindirerem déye, erkenden yola düşüb şeheri alt-üst étmeğe başlayıram, bir néçe qapıları qalalar qapısı gibi sarılmış meçitden başqa héç ne görmürem. Oralara da namaz saatlarında açıq olanda béle, içeri girmeğe qoymadıqları dursun, az qala sorun da çıxaracaqdırlar. Arqın-yorqun, istiden de bézmiş gédib bir duşlanıb, axşamüstü Qızıldağ’a geziye çıxıram. Orası şeher görünümlü bir eğlence bağı, içindeki yapılar da Çin uyğarlığını sergilemekdedirler.
İndi başa düşürem, niye menin sorduğum tapanaqları (yolağları, adrésleri) kimse bilmeyir! Burada her bir yérin üç adı vardır: 1- yadéllilere ingilisce 2- yérlilere özdillerinde Türkce 3- işğalcı çinlilere de çince. Yérli xalq öz dilinde tanıdığı adları bilir, bu üzden değişik olan çince adları éle de onların ingilisce çévrisini bilmir. Çin devleti de bilerek yérli adları çinlileşdirir.

İkinci gün tezden yola düşüb geze geze Doğu Türkistan Özerk Bölge Müze’yine gédirem. Burada, Tarım Oymanlığı’nda bulanan 3800 illik ünlü mumya “Kroran (çince: Loulan) Gözeli”-ni éle de Doğu Türkistan’da yaşayan budunların yaşam, hüner, gelenek, göreneklerinin sergisini görmek olar. Şeherde dolaşırken her yanda göze çarpan Komunist Partiya’sının iki dilde yazılı propaganda yazılarındakı Uyğur Türkce’sini oxumaqla dil bilgimi de artırmağa çalışıram. Dünyada özüne ad-san qazanmış Uyğur çalqısını, çalqısal (müzikal) oyunlarını sehnede görmek isteyirem, ancaq her yérden, her kimden soruşuram béle bir yérlerin olmadığını söyleyirler. Héç olmasa bir yér olsun canlı Uyğur müziği dinlemek olsun. Qalınaq çalışanlarından bilgi alaraq burada tanışdığım bir İsvéçreli ile yola düşüb Xalq Bağı arxasında yérleşen Uyğurların mehellesine gédirik. Orada istediğimizi bulamayıb, ancaq küçe başında oturan bir néçe soydaşımız yardımcı olaraq bir taksi tutub bizi uzaqda olan başqa bir yére gönderirler. Taksici bizi bir yémekévinin qabağında yéndirir, yalnız burası açıq déğil. Yoldan géçenlerden sora-sora gezirik, yardımcı olmaq isteyen çoxdur, ancaq here bir söz déyir. Déyesen, béle bir istekde olan bizler ilklerik. Bir néçe genc oğlan qovşaqda durubdur, onlardan soruşuram. Bir az ordan-burdan danışandan sonra birisi bize qılavuz olub yola düşürsek de çabamız géne héç bir sonuca bağlanmır. Olduğumuz yérden, Sincan Uluslararası Böyük Bazarı bir néçe addımlıq yoldur, oraya gédirik. 2003-de açılan, böyük çapda Türkistan yapıqçılığından (mémarlığından) da esinlenen bu yapı dünyanın en böyük bazarı sayılır. Bağlanmaq üzereyken küçelerini gezib, MacDonald’s gibi bir yérde bi şéyler içib elimiz ayağımızdan uzun géri dönürük.

Urumçu’ya gelmemişden önce, buradan uzaq olmayan Tanrı Dağları’nın Boqda Dağları sırasında yérleşen Tanrı Gölü’ne gédmeği, yaylalarında yérleşen Qazaq yurtlarını da görmeği düşünürdüm, ancaq buradayken vazgéçirem. Nedni ise, oranın qudsallığının devlet düzéyinde örgütlenmiş turist axınları ile çéynenmesidir. Erkenden qalxıb, Xalq Bağı’na uğrayıb oradakı çoxunluğu çinlilerden oluşan müzikli eğlenceli toplu idman éden emekçilere baxıram. Çin devletinin bütün basqıcı eritmecilik siyasetlerine qarşın yérli xalqın çinlilere qarışmadığı burada açıqcasına göze çarpır. Türklerin kimisi tek başına kimisi de ikili, üçlü birlikde bağda gezir. Urumçu’da qarqalar qartalları sürmüş, qopuzların telleri sökülmüş, karvan yolundan olmuş, güneş palçıqla suvanmışdır. Şehere çoxunluqla çinliler yérleşibler, en varlı bölgeler, en işlek işyérleri, en üst düzéy görevler de onların elindedir.

Saat 14:00-de qatar ile Turfan’a gédeceğem. Turfan buradan yaxlaşıq 200 km uzaqdadır, oturposla dörd saata yaxın sürür, ancaq yéni açılmış qıvraq qatarla bir saat gibi. Demiryolu durağına gédib, néçe aşamalı yoxlamadan sonra -burada çantamda olan üzqırxma köpüğünü alırlar- gözleme salonunun basabasında qatara mineceğim sekinin giriş qapısının açılması üçün sırada dururam, yoxsa qapılar qısa sürede bağlanır sekiye de başqa çıxış yolu yoxdur, bu quralı Xanbalıq’da iken öğrenmişem. Saat 15:00-de Turfan’a varıram, burası Ölü Deniz’den sonra yérüzü qurusunun ikinci alçaq yéridir, yayda istilik 45 dereceye dek çatır, indi ise, Éylül ayının sonuna doğru, 30-32 derece dir. Yéni yapılmış ikinci qatar durağı şeherden 12 km uzaqdadır, épéy gözleyenden sonra buradan oturposla şehere gédirem. Günün en işlek çağıdır, oxullar da dağılıb uşaqlar évlerine gédirler, tıxa basa dolan oturpos her duraqda néce gerekirse sallana sallana dayanır. İsti bir yandan, harda néce bu qalabalığın içinden yéneceğim de bir yandan çox darıxdırıcıdır, en yaxşısı taksi ile gelecekdim, déye düşünürem. Şehere çatmamız çox uzun sürür, son duraqda yénib, soruşa-soruşa şeheri de geze-geze qalacağam yére doğru gédirem. Turfan’dan bir Turfan’lıq qalmayıbdır, Mao’nun 1966-da başlatdığı Kültür Devrimi’nden sonra bir çox şeherde olduğu gibi burada sökülüb yéniden tikilmişdir. Şeherin ortalığında üzüm bağlarını andıran, ortasında yayalar üçün de kölgeli géniş yolu olan bir bulvar salınıbdır. Yéni yapılarda çin yapıqçılığının daha doğrusu çin sömürgeci simgelerinin yamaqlanması göz çarpıcıdır. Yéniden “yapılan” şeherler birbirine oxşayır, birisini görmüş hammısını görmüş désem abartılı sayılmaz.

Axşam havası serinliği ile insana dirlik vérib, güc bağışlayır, şeheri gezmeye çıxıb, géc saatlara dek dolaşıram. Damdaşların bezekli néon ışıqlarının qamaşdırıcılığına qarşın, göğüzü giz (sirr) dolusu qaranqu örtüğü ile herden süzülüb géden ulduzlara aldırmadan baxdıqca çoxalan, sayrışırken sévişen pıçıldaq ulduzları ile illerden beri tanıqlıq étdiği Uyğur Yurdu’nun öykülerini söylercesine Turfan Ovası’nı “Sarılıq”-dan qorumağa çalışdığını yansıdır. Dinc bir yémek yéri ararken éléktrikli motorsikléti ile işden évine géden bir genc soydaşımız sorum üzerine meni terkine alıb 2-3 km uzaqlıqda olan şeherin en tanınmış yémekévine aparır. Orada gözel yémekler ile yanaşı bir çalğı qurubu da çağdaş Uyğur ezgilerini esdirmekdedir, qonaqlar géyimli-quşamlıdırlar, men ise sıradan gezginin birisi onların yanında héç de görünüşlü déğilem, ancaq Türk olduğumu bildiklerine göre davranışlarında mene çox özen görsedirler. Turfan’a gelmişken çaxırlarından da dadmadan géçmek olmaz. Havanın sıcaqlığından güneşin bolluğundan burada yétişen üzüm dünyanın en şirin üzümüdür, mence. Éle olunca da çaxırı taysızdır. Bu üzden de, éşidiğime göre, bir fransız ortaqlığı (firması) burada bu işe el qoyubdur.
Erten (yarın seher çağı) Tuyuq’a gétmeği düşünürem. Tuyuq, Turfan’ın 70 km doğusunda yérleşen, yapısı değişdirilmemiş bir kenddir. Ora géden gezginler génellikde turlarla yada 3-4 kişilik bir qurub oluşduraraq kiralanan minik maşınlarla géderler. Men ise çévreni gezmek üçün o yöne doğru géden bir oturposla yola düşüb, yol ayrıcında yénirem. 10-12 km yolum var, yolda durub Tuyuq’a sarı géden araclara el sallayıram. Daşqaya benzer üç tekerli éléktirikli bir motorsiklét saxlayır. Sürücü on dörd, on béş yaşlı bir qız uşağıdır, belli bağçadan işden dönür, happılıb (hoppanıb) yük daşıyan yére minirem, 1-2 km-den sonra düşüb géne yolda el sallamağa başlayıram. Motorsiklétli genc bir oğlan durub meni bir néçe kilométr de o aparır, orada bir oxul var uşağını almağa gédir. Yoldakı üzüm bağları éle de kerpiçden palçıqdan hava qoşullarına uyqun tikilmiş géniş heyetli kend évleri pozulmamış eski toxuları (dokuları) ile géçmiş yüzilleri günümüze daşıyır, bu gözelliğin dadını çıxartmadan gétmek olmur. Sévecenlikle çévreni gezerken bir bağın içinde axan arxda el-üzümü yuyub serinleyirem. “Daşqa”-ları ile yolldan géçen bir cüt genc er-arvad meni de mindirirler. Bunlar yol boyunca bir-biri ile danışmaqdan héç doymurlar, sözlerinin qonusu işden-gücden başqa déğil, ancaq danışıqlar élesine içden, oturduqları daracıq yérde de bir-birine sarılmış olunca yéni buluşmuş sévgililer görüntüsünü sergileyirler. Ana yoldan ayrılınca meni yéndirirler, birazdan olqun bir qadın “daşqa”-sını saxlayıb, meni mindirir. Çox gétmeden durub, bir éve gédmek üzre mene déyir: sen dur, men seni Tuyuq’a aparacağam. Az sonra qucağında kiçik bir oğlan uşağı olan yaşlı bir qadın ile géri dönür, yaşlı qadın menim Türk olduğumu görünce, hardan gelirem hara gédiremi soruşduqdan sonra direnib (israr édib) meni évine qonaq édir. Évin avlusunda (heyetinde) Özbekistan’da olduğu gibi kölgede döşeli bir taxtın üstünde otururuq, téz serin içecek, qovun, quru yémiş qabağıma düzülür. Bu iki qadın qudadırlar, meni yolda mindirenin qızı bu éve gelin gelmiş, o balaca oğlan da onların nevesidir. Évde qadından başqa kimse yoxdur, eri ölüb, gelini de tarlada işleyir. Sözü dolaşdıra-dolaşdıra oğlunu soruşuram. Çekine-çekine danışmağa başlayıb, oğlundan bir il yarımdan beri xeberi olmadığını bildirir. Oğlunun qayınatası, démek bu birisi qadının eri de o vaxtdan tutuqludur. Sıxılmasınlar déye sözü değişdirirem, uşağı bir az sévib, onu sévindirmek üçün vérmeğe yanımda héç neyim olmadığına üzülürem, ayrılırken eline biraz para vérirem. Évin yiyesi bir cam (kasa) dolusu kişmişi müşenbeye qoyub mene vérmek isteyir, men ise yüküm ağır olar déye almayıb, qonaqséverliklerine sayğılıq bir sıxma götürmekle yétinirem. Buranın üzümleri dünyaca ünlü uzun gileli çekirdeksiz üzümlerdir. Kişmişleri de yumuşaqlığı ile, dadı ile, qoxusu ile özel dir.
Qadın, sağolsun, meni kiçik bir dağın yamacında yérleşen Tuyuq’a aparır. Kendin girişinde düşünce oradakı bir bey ile de tanışıb danışdıqdan sonra kendin içine yénirem. İlk ilgimi çeken, qabağında dörd sutunsov minaresi ile qapısı bağlı olan kiçik bir meçitdir. Kend yaşıl bir derenin yamaclarında yérleşib, derenin dibinde de bir arx axır. Eski yérleşim évlerinin çoxu boşdur. Bir-iki yadéli (yabancı) ile yanaşı turla gelen çinli gezginler ortalıqda gezmekdedirler. Ketdiler (kendliler) de qurduqları yérlerde kişmiş, tut qurusu gibi yérli ürünleri satırlar. Derenin obir girişinde bir otopark bir de qaraqol vardır, buradan géçen gezginlerin heresi 30 Yuan (béş dolar) giriş pulu ödemelidirler. Démek: giriş pulu vérmemek üçün qadın meni arxa yoldan getiribdir. Kendin qırağında üstde bir yatarlıq (mezarlıq) vardır, ora sarı gédirem, ancaq ora varmadan önce bir gezme gelib meni géri qaytarır. Yatarlığın yuxarı bölümünde, uzaqda bir göğ günbezli tikinti görükür, ancaq oraya da gédmeye qoymurlar. Orası Uyğur’lar üçün bir erenek (ziyaret) yéridir, déyilene göre ilk müselmanlığa géçen Uyğur’un quylandığı yérdir, bu üzden qudsal sayılır. Oradan da yuxarı eski çağlarda budistlerin méditasion yérleri olan, gédilmesi zor olan köhüller olmalıdır.
Turfan’a néce qayıdacağımı düşünürken qarşıma gelen bir gencden soruşuram: Turfan’a néce gédmek olar? Buradan araba tapılmaz déyir, ancaq oyan-buyana télefon édenden sonra Turfan’a işleyen bir sürücü bulur, o meni olduğum yérden gelib alacaqdır. Genc sürücü yarım saat çekmeden gelir, aşağı kendden de iki qadın yolcuyu alıb Turfan’a gédirik. Bu yol geldiğim yola qarşı topraqdır, ancaq yoxlama filan yoxdur. Yol üstünde, gezginlerin ilgisini çeken “Alovlu Dağlar” déyilen dağların yanından géçerken menim baxmağım üçün sürücü özlüğinden maşını saxlayıb, gereken bilgileri de vérir. Artıq anayola çıxmışıq, çox çekmeden Turfan’a varıb bazarın ağzında yénirem. Bazarı gezirken ilgimi çeken indiyecen görmediğim yiyecek-içeceklerin de dadına baxmaqdan géçmirem. Şeheri geze-geze qaldığın yére dönürken içecek bir şéyler alım déye bir tükana girirem, satıcı çinli birisidir, menim dédiklerimden héç ne anlamayınca orada kiçik bir masanın başında oturan iki Uyğur Türkü yardımcı olduqdan sonra meni de yanlarına çağırırlar. Masanın üstünde bir sinide xaşlanmış et yanında da bir şüşe araq vardır, xoş-béş édince bir istekan da mene süzüb, danışığımız başlayır. İki yoldaşın birisi etçi, obirisi aşçıdır, tek başına içen aşçının kéfi yérindedir, obirisi içmeyib yalnız etden yéyib herden de bir sigar tüstüledir. Sözarasında meni yarın axşama qonaq édirler, özleri hazırlıq görecekmişler. Bu arada aşçının téléfonu durmadan çalır, arvadıdır, déyir: harda qaldın, niye éve gelmeyibsen. Onlara déyirem: sağolun, Türk olduğunuz üçün sizin süfrenize oturdum, çinli olsaydınız oturmazdım, biz bir milletik ondan. Sözlerim hele havadayken onlar birlikde éşiğe çıxıb, bir-iki deqiqeden sonra qayıdıb, gétmelerini söyleyib ayrılırlar!
Qonaqévinde Japon bir qızla tanışıb burada édindiğimiz déneyimlerden danışırken ingilisce qonuşan çinli bir bey de bize yanaşıb danışıqlarımıza qatılır. O, dédiğine göre Hami’den gelib, Hami dédiği buradan 410 km uzaqda olan Uyğurların Qumul şeheridir. O gelince sözlerimizin axışı da değişir, onun sözlerinde Uyğurlara (o müselmanlar déyir) açıqcasına qarşılıq, aşağılama vardır, o sözlerinin bizde istediği yankını oyandırmadığını anlayınca soruşur: Siz müselmanları sévirsiniz mi? Déyirem: men bütün insanları sévirem, men ırqçı déğilem. Bu yanıtın üzre başını terpederek razılıq vérse de öz dédiklerine üstünlük vérmesi géne de gizlenmir. O, bizimle danışmaqla bir yandan ingiliscesini sınayır obir yandan da çévrede olan başqa çinlilerin yanında böbürlenir. Bu çinlilerin öz dünyası var, yémek yéyende tamsınmaları qalsın, durmadan her yérde tüpürüb éle de özlerin rahat başqalarını rahatsız édmeleri (osdurmaları) onlar üçün doğal olsa da irgencdir.
Turfan Müze’si, qapısında yazıldığına göre, onarımdan dolayı qapalıdır, burada Turfan Ovası’nda bulunan néçe minillik mumyaları, dinazor (daynasor) qalıntılarını éle de yumurtalarını görmek olar. Términala gédib Kucar’a bilét almaq isteyirem, ancaq oradakı çinli qadına bir türlü başa salamayıram. İngilisce Koqa déyilir, onu da anlamır, mene çince bir xerite görsedir, ondan da men bir şéy anlamıram. Sonunda Uyğur bir qadın gelib, Kucar’a oturpos olmadığını bildirir. Qatar ile gédmeli olduğumdan bir başa Xoten’e gédmeği yéğleyirem. Şeherde bilét satan yérin bilgisayarı işlemediğinden qatar durağına gédmeli oluram. Bir Yuan vérib oturposla “Vaqzal”-a gédirem. Yérli xalq hele de 1949-den qabaq işlek olan bir sıra Rus sözlerini qullanmaqdadır. O sıradan: vaqzal, poéz istansiyası, marojni, rayon gibileri. Yarın saat 14:10-da Xoten’e oturmalı yér var, 20 saat yoldur, alıram. Çin’de yataqlı, oturmalı yérlerden başqa ayaqüstü bilétler de satılır, yérine göre ara sıra qatarın içinde terpeşmeye béle yér qalmır.
Şeherin qırağında Emin Minaresi déye 18. yüzilin son yarısından qalma uca bir minare, yanında da bir meçit var. Turfan’dan qalan da éle budur, oranı gezib sonra yaxındakı kendleri geze geze üzüm bağları içinden şehere qayıdırken bir-iki évin içine de uğrayıb üzüm qurudulan damlara da baxıram, év yiyeleri ilk çekinseler de tanışdıqdan sonra meni çox içdenlikle qarşılayıb évlerine qonaq édirler. Hava qararmaqdadır, dönmeliyem. Yoldakı kendin her yanını kebab tüstüsü, qoxusu bürüyübdür. Gördüğüm, canım çekdiği yérlerde de bir şéyler yéyirem. Qonaqévinde yıryığış édib yarına hazırlaşıram, qatar yola düşmeden, en az bir saat qabaq orada olmalıyam, yoxlamalar ile sıraya düzülmeler épéyce vaxt alır.

Ardı var…
Bu yazının paylaşımı, yayımlanması değişmeksizin saqıncasızdır.

Bu yazının 1. Bölümüdür. Devamı Bölümler halinde devam edecektir.

 

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
Advert

Sitemizde yayınlanan haberlerin telif hakları gazete ve haber kaynaklarına aittir, haberleri kopyalamayınız.